Şeydayev qol sayında Qurban Qurbanova yaxınlaşdı
15.10.2023 - 13:57
Şeydayev qol sayında Qurban Qurbanova yaxınlaşdı

Ramil Şeydayev Azərbaycan millisində yubiley - 10-cu qolunu vurub.

Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu AVRO-2024-ün seçmə mərhələsində Estoniya yığmasına Tallində 2:0 hesabıyla qalib gəldiyimiz matçda penaltidən fərqlənib.

Bununla da 2016-cı ildən çıxış etdiyi millimizdə ilk dəfə 11 metrlik cərimə zərbəsindən rəqib qapısına yol tapan Ramil millidə qol sayı 2 rəqəmli olan 3-cü futbolçu olub. Onadək bombardir olan keçmiş hücumçu Qurban Qurbanov (14) və hazırkı kapitan olan yarımmüdafiəçi Emin Mahmudov (11) bunu bacarıb. 

Qeyd edək ki, Şeydayev millidəki 57-ci matçında buna nail olub. 

0