“İkinci hissədə isə istədiyimiz qolları vurub layiqli qələbə qazandıq”.
Apasport.az-ın məlumatına görə, bunu Millətlər Liqasında 3:0 hesabı ilə qələbə qazanan qadınlardan ibarət yığmanın baş məşqçisi Siyasət Əsgərov deyib.
Gənc mütəxəssis Monteneqro ilə oyunun əhəmiyyətindən danışıb. Əsgərov qələbə sayəsində əsas rəqibləribdən uzaqlaşdıqlarını bildirib: “Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi. Həm qrup lideri olacaqdıq, həm də əsas rəqibimizdən bir qədər də uzaqlaşacaqdıq. İkinci hissənin əvvəlində oyunumuzda bir qədər eniş oldu. Rəqib əsasən uzun ötürmələrlə çıxmaq istəyirdi. Bunun da əsas səbəbi ucaboy futbolçularının olması idi. Biz isə oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik. Bu zaman rəqibin oyununda eniş oldu. Əslində oyun planına əsasən ilk hissədə fərqlənməliydik. Təəssüf ki, yaratdığımız imkanları dəyərləndirə bilmədik”.
Qeyd edək ki, birinci pillədə qərarlaşan Azərbaycan yığması turnir cədvəlində Monteneqronu 4 xal qabaqlayır.
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
- PFL “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib
- Şəhriyar Əliyev: "Digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb" - Müsahibə
- “Zirə” “Neftçi”nin yetirməsi ilə maraqlanır
- Aslan Kərimov: “Artıq “Neftçi” üçün məğlub olmaq normal sayılır”