“Xəzər Lənkəran”, “İnter” (indiki “Şamaxı”) və “Zirə” klublarının sabiq rumıniyalı futbolçusu Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi
- “Qarabağ”ın çempionluğu ilə yekunlaşan Azərbaycan Premyer Liqasını izləyirdin?
- Əlbəttə, hərdən Azərbaycan futboluna, çempionatına baxıram. Son dəfə “Zirə” və “Neftçi” arasında keçirilən görüşü izləmişdim. Həqiqətən maraqlı oyun alınmışdı. Bilirəm ki, digər matçlar da maraqlı alınır.
- Həmyerlin Laurentsiu Regekampf “Neftçi”də uğur qazana bilmədi. “Neftçi” çempionatda üçüncü yeri tutdu, ölkə kubokunun finalında isə “Qəbələ”yə uduzdular. Səncə, niyə uğursuzluq oldu?
- Bəli, “Neftçi”də həqiqətən çətindir. Çünki bu komandada həddən artıq təzyiq var. Düşünürəm ki, Regekampf Azərbaycan kubokunu qazansaydı, mövsümü onlar üçün yaxşı adlandırmaq mümkün idi. Amma heç olmasa avrokuboklara vəsiqə qazandılar.
- Rumıniya mətbuatı Regekampfın "Neftçi"dən göndərilə biləcəyini yazırlar. Onun “Neftçi”də uğursuz olduğunu demək mümkündür?
- Bilirəm ki, Regekampfın Rumıniyadan təklifləri var. Buradakı klublar onu baş məşqçi postuna gətirmək istəyir. Amma düşünürəm ki, Rege özü Azərbaycanda qalmaq istəyir. Çünki o, gələn il “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir. Necə olacağını isə zaman göstərəcək. Hər halda, söhbətin içində deyilik. Daxildə hansı söhbətlər getdiyini onlar daha yaxşı bilir.
- Necə düşünürsən, rumıniyalı məşqçilər Azərbaycanda niyə çempion ola bilmirlər? Laurentsiu Regekampf, Dorinel Muntyanu bunu bacarmayıb. Yalnız Mirça Rednik “Xəzər Lənkəran”da ölkə kubokunu qazana bilib...
- Məncə, onlar uğur qazanırlar. Dorinel Muntyanu “Qəbələ”də cəmi 6 ay qaldı. Bu müddətdə komanda qurmaq, uğur qazanmaq isə asan məsələ deyil. Mirça Rednik çox yaxşı idi. Laurentsiu Regekampf haqda isə bir söz deyə bilmərəm. Amma bilirəm ki, o, çox yaxşı məşqçidir və uğur qazana biləcək adamdır. Hər halda futbolda zaman çox önəmlidir.
- Mirça Rednikdən söz düşmüşkən, onun dövründə “Xəzər Lənkəran”da bir çox rumın futbolçular çıxış edirdi, o cümlədən siz, Adrian Pit, Andrey Mureşan və başqaları. Sizcə, Regekampf niyə rumıniyalı futbolçuları “Neftçi”də köməyə çağırmadı?
- Bəli, Azərbaycanda bir çox rumıniyalı oyunçular oynayırdı, əksəriyyəti də çox yaxşı idi. Regekampf rumıniyalı futbolçuları “Neftçi”yə dəvət etməməsinin səbəbini bilmirəm. Ola bilsin ki, onun istədiyi bəzi yaxşı həmyerlilərimin qiyməti bahadır və onlar transfer pulu istəyiblər.
- Laurentsiu Regekampfın 48 yaşı var və artıq 13 müxtəlif komandada çalışıb. Sizcə niyə bir komandada çox qala bilmir?
- Onun əvvəllər də yaxşı nəticələri var idi, son vaxtlarda da belə olub. Çempionlar Liqasının qrupu, Avropa Liqasının qruplarında komandaları mübarizə aparıb. Mən onu çox yaxşı məşqçi kimi tanıyıram. Onun haqda müsbət fikirdəyəm. Rege ilə indiyə qədər işləməmişəm, amma haqqımda yalnız yaxşı fikirlərim var.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama