
"Zirə"nin legioneri Salifu Summa üçün daha bir müştəri çıxıb.
Apasport.az saytına verilən məlumata görə, ona təklif Bolqarıstandan gəlib.
Yarımmüdafiəçini ÇSKA istəyir. Sofiya təmsilçisi Suma üçün hətta "Zirə"yə rəsmi təklif də göndərib.
Bolqarlar qvineyalı yarımmüdafiəçini bu yay transfer etməyi planlaşdırır. Bolqarıstan nəhəngi 21 yaşlı vingerə görə "Zirə"yə ödəniş etmək istəyir.
Amma Sumaya gələn təkliflərin çoxsaylı olmasına görə, hələ ki, qəsəbə təmsilçisi bütün məsələləri yayda müzakirə etməyi seçib. Mövsüm sona çatdıqdan sonra "Zirə" rəhbərliyi həm klub, həm də futbolçunun özü üçün ən doğru addımı atmağa çalışacaq.
ÇSKA isə Suma rəqabətində digər rəqiblərə uduzmamaq üçün daim kontaktdadır. Klub Bolqarıstan çempionatında 22 turdan sonra 32 xalla 8-ci pillədədir və lider "Ludoqorets"dən 25 xal geri qalır.