“Sumqayıt”dan vacib qələbə - YENİLƏNİB
28.04.2024 - 22:16
“Sumqayıt”dan vacib qələbə - YENİLƏNİB

Misli Premyer Liqasının XXXII turunun ikinci oyun gününün son matçı Sumqayıtda keçiriləcək.

Apasport.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Qarabağ"la üz-üzə gələcək.

Çempionluğu təmin edən Ağdam klubu son turlardakı uğursuzluqlara son qoymaq niyyətindədir. "Barselona"nın düşərgəsinə təcrübəyə yollanan Samir Abasovunsuz meydana çıxacaq "Sumqayıt" isə avrokuboklara vəsiqə üçün vacib xallar qazanmalıdır.

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq. 

20:00. “Sumqayıt” –“ Qarabağ” 1:0

Qol: Kehat, 70
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
M.H. adına Sumqayıt şəhər stadionu

"Sumqayıt": 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 23. Cordan Rezabala, 60. Tresor Mossi

Məşqçi: Mübariz Orucov

“Qarabağ”: 99. Andrey Lunyov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

0