“Sumqayıt” – “Sabah” oyununun hakimləri açıqlandı
24.10.2023 - 16:10
“Sumqayıt” – “Sabah” oyununun hakimləri açıqlandı

Misli Premyer Liqasının II turundan təxirə salınan oyunun təyinatları müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Sabah keçiriləcək “Sumqayıt” – “Sabah” matçını Rəşad Əhmədov idarə edəcək. “Kapital Bank Arena”dakı qarşılaşma saat 18:30-da başlayacaq.

Misli Premyer Liqası
II turdan təxirə salınan oyun
25 oktyabr
18:30. “Sumqayıt” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
VAR: Tural Qurbanov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt. “Kapital Bank Arena”

0