“Sumqayıt’ yeni stadionuna nə vaxt köçəcək?
24.10.2023 - 15:52
“Sumqayıt’ yeni stadionuna nə vaxt köçəcək?

“Stadion İcra hakimiyyətinin balansında olduğu üçün, klubla İcra hakimiyyəti arasında müzakirələr davam edir. Sumqayıt Futbol Klubu stadionu öz sərəncamına götürüb, istifadə etmək hüququna sahib olandan sonra, orda oyunun keçirilməsi üçün müəyyən işlər görüləcək”.

Bu sözləri apasport.az-a açıqlamasında “Sumqayıt Futbol Klubu”nun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bildirib. 

O qeyd edib ki, yeni stadiona köçmək üçün son tamamlanma işləri qalıb: “Təbii ki, stadion tam hazırdır. Amma oyunların oynanılması üçün müəyyən şərtlər var, onları hazırlayandan sonra artıq ilk oyunumuzu orada keçirə biləcəyik. Yəni indidən dəqiq heç nə deyə bilmərik. Ən yaxşı halda, klub stadionu icarəyə götürəndən sonra bu barədə məlumat verə bilərik. Hələ ki, konkret bir tarix deyə bilməyəcəm”.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tamaşaçı tutumu 9502 nəfərdir. Şəhərin eyniadlı komandası ev oyunlarını hələ ki, 1500 azarkeş tutumu olan “Kapital Bank Arena”da keçirir.
 

0