“Sumqayıt” Zirədən qələbə ilə döndü
14.10.2023 - 17:48
“Sumqayıt” Zirədən qələbə ilə döndü

“Zirə” və “Sumqayıt” arasında yoxlama oyunu keçirilib.

Apasport.az xəbər verir ki, Misli Premyer Liqasında yaranan fasilə dövründə üz-üzə gələn rəqiblər Zirə İdman Kompleksinin stadionunda qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. İkinci hissənin sonlarında fərqlənən Kamran Quliyev Sumqayıtın eyniadlı klubuna qələbə qazandırıb – 1:0.

Bu komandaların çempionatdakı görüşü VI tura təsadüf edib. Zirədəki matçda meydan sahibləri eyni hesabla qalib gəlib.

Qeyd edək ki, “Zirə” I dövrədən sonra çempionatın lideridir.
 

0