“Sumqayıt”da ilk ayrılıq
25.05.2022 - 09:13
“Sumqayıt”dan ayrılan ilk futbolçunun adı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Tellur Mütəllimov “gənclik şəhəri” təmsilçisini tərk edib.
27 yaşlı cinah oyunçusu instaqram səhifəsi vasitəsilə “kimyaçılar”la vidalaşıb: “Çətin olsa da, deməliyəm ki, iki ildir ki uğurları üçün çalışdığım “Sumqayıt”dan ayrılıram. Burada yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər”.
Qeyd edək ki, Tellur Mütəllimov bir neçə gün əvvəl “Sabah”la ilkin razılıq əldə edib.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
1
0