“Sumqayıt”da maaş fondu azaldırıldı
20.06.2022 - 20:19
“Sumqayıt”da maaş fondu azaldırıldı

“Sumqayıt”da maaş fondu 20 faiz azaldılıb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, bu, klubun avrokuboklardan kənarda qalmasından qaynaqlanır.

Ötən iki mövsümdə qitəmiqyaslı yarışda iştirak edən “kimyaçılar” bu yay Avropa arenasında mübarizə aparmayacaq, odur ki, UEFA-dan ayrılacaq ümumi vəsaitin miqdarının xeyli aşağı düşəcəyi dəqiqdir.

Üstəlik, “Azərikimya”nın onlara nə qədər büdcə verəcəyi naməlumdur. Bütün bunları nəzərə alan “Sumqayıt”lılar ötən ilin yayında artırılan maaş fondunu yenidən azaltmalı olub.
 

1