Tomas Haberli: “Yaxşı qurtardıq”
17.06.2023 - 22:17
Tomas Haberli: “Yaxşı qurtardıq”

“İkinci hissəyə baxsaq, yaxşı qurtardıq. Amma ilk yarıya baxsaq, daha yaxşı nəticə əldə edə bilərdik. Ümumilikdə qarşılıqlı hücumlar oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Estoniya millisinin baş məşqçisi Tomas Haberli deyib.

49 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla  heç-heçə (1:1) başa çatan oyundan sonra keçirilən mətbuat konfransına qatılıb. İsveçrəli çalışdırıcı Bakıdakı görüş haqda fikirlərini açıqlayıb: “Rəqib hesabda geri idi. Nəsə etmək istədilər. Azərbaycanın ikinci yarıda qapımıza daha çox gələcəyinə gözləyirdik. Rəqib yaxşı komandadır. Ümumi götürəndə ilk yarıdakı oyunumuzdan razı qaldım. Şanslarımızdan yararlana bilmədik".

- İki hücumçu ilə başlasaz da, sonradan bir hücumçuya keçməyinizə nə səbəb oldu?
- Belə qərar vermişdik ki, iki hücumçu ilə başlayaq, sonradan belə keçid edək. Səfərdə oynayırdıq və sonradan dəyişikliyə getdik.

- Nəticədən razı qaldığınız üçün dəyişikliklərin hamısından istifadə etmədiz?
- Müdafiə ilə hücum arasında balansı tapmaq lazım idi. Azərbaycan ikinci hissədə yaxşı mübarizə apardı. Biz ağıllı oynamalıydıq. Ağıllı dəyişiklik etmək istəyirdik ki, oyuna təsir etməsin. Oyunçular çox qaçdılar, mübarizə apardılar.

- Bakıdan bir xalla ayrıldığınız üçün qapıçınıza təşəkkür etməlisiz? Sizi məğlubiyyətdən xilas etdi...
- Əlbəttə, qəbul edirəm. Qapıçımız kritik seyvlər etdi.

- Sizcə Estoniyada Azərbaycanı bu oyunla rahat məğlub edə bilərsiniz?
- Bərabər oyun olacaq. Azərbaycan İsveçə qarşı oynamışdı. Keyfiyyət hiss olunurdu. Çətin olacaq. İkinci oyun bəlkə Azərbaycanla müqayisədə daha gərgin ola bilər. Oyunun bərabər keçəcəyi gözlənilir.

- Azərbaycan millisinin heyətində sizin üçün daha təhlükəli futbolçu kim idi?
- Azərbaycan millisi haqda çox danışmaq istəmirəm. Yaxşı olardı ki, bu sualları Azərbaycan millisinin baş məşqçisinə verəsiniz.

- Əsas hədəf qrup sonuncusu olmamaqdır?
- Gələcəyə oyundan-oyuna baxırıq. Bakıda qalib gəlmək istəyirik. Qrupda hansı yeri tutacağımız önəmli deyil. İstənilən halda, hədəf iki yerdən birini tutmaq olur. Amma iki oyundan sonra bir xal qazanmışıq.

 


 

0