Tovuz stadionunda işıqlandırma sistemi quraşdırıldı
16.10.2023 - 11:47
Tovuz stadionunda işıqlandırma sistemi quraşdırıldı

Tovuz stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb.

Apasport.az xəbər verir ki, bunu “Turan Tovuz”un mətbuat xidməti açıqlayıb.

Müasir standartlara cavab verən sistem son sınaqlardan da uğurla keçib. Misli Premyer Liqasının X turunun "Turan Tovuz" - "Qarabağ" oyunu süni işıqlandırma ilə baş tutacaq.

Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" matçı oktyabrın 20-də təşkil olunacaq.
 

0