Baş məşqçi postuna Ayxan Abbasovu gətirən “Turan Tovuz” transfer çalışmalarını sürətləndirib.
Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi tezliklə yeni oyunçularını açıqlayacaq.
Premyer Liqanın debütantı ötən mövsümü “Şamaxı”da keçirən 4 futbolçu – qapıçı Kamal Bayramov, müdafiəçilər Şəhriyar Əliyev, Tərlan Quliyev və hücumçu Amil Yunanovla tezliklə münasibətləri rəsmiləşdirəcək.
Onlarla yanaşı, “Sumqayıt”dan alınan qapıçı Tərlan Əhmədli, müdafiəçi Eltun Turabov, həmçinin ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirən “Neftçi”nin yarımmüdafiəçisi Turan Vəlizadə də tovuzlularla anlaşıb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ