"Turan Tovuz"dan yubiley qələbə
28.10.2024 - 09:59
“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley XI turun Qərb derbisinə təsadüf edib.
Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.
Komanda 30-cu qalibiyyətini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə üç xal qazanıblar.
Qeyd edək ki, "Turan Tovuz" Premyer Liqada ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0.
- Rusiya klubundan rəsmi təklif: Rədd edib, "Qarabağ"da qaldı
- Kurban Berdıyev: “Kuboku qazanmağa çalışacağıq”
- Azərbaycan Kuboku: "Kəpəz" və "Turan Tovuz"dan darmadağın - YENİLƏNİB
- Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb
- Qırğızıstan klubunun nümayəndələri “Neftçi”nin rəsmiləri ilə görüşüblər - FOTO
0
0