UEFA-dan “Qarabağ”a 1,3 milyon avro
06.11.2023 - 15:00
UEFA-dan “Qarabağ”a 1,3 milyon avro

UEFA Azərbaycan çempionu “Qarabağ”a növbəti ödəniş edib.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Təmsilçimizin büdcəsinə Avropa Liqasının qrup mərhələsində qazandığı iki qələbə üçün vəsait daxil olub. Ağdam klubu həm də turnirdə iştirakla əlaqədar bonus alıb.

UEFA tərəfindən kluba 1 milyon 320 min 105,00 avro ayrılıb. Bu maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
 

0