UEFA Gənclər Liqası: "Sabah" "Bazel"ə qarşı - YENİLƏNİR
23.10.2024 - 10:33
UEFA Gənclər Liqası: "Sabah" "Bazel"ə qarşı - YENİLƏNİR

Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” bu gün Çempionlar yolunun II təsnifat mərhələsində ilk oyununa çıxacaq. 

Apasport.az xəbər verir ki, “Sabah”ın U-19 komandası İsveçrədə yerli “Bazel” kollektivinin qonağı olacaq. St. Yakob-Park stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda baş tutacaq.

23 oktyabr

“Bazel” (İsveçrə) – “Sabah”

St. Yakob-Park stadionu. Saat 21:00

Baş hakim: Patrik Kolarić

Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)

Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)

0