UEFA millimizin B liqasına yüksəlməsi üçün şans yaratdı
25.01.2023 - 21:40
UEFA millimizin B liqasına yüksəlməsi üçün şans yaratdı

UEFA Millətlər Liqası, Avropa və dünya çempionatlarının seçmə mərhələlərinin formatı dəyişdirilib.

Apasport.az xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin iclasında 2024-cü ildən tətbiq ediləcək yeniliklər qəbul olunub.

Belə ki, A Liqasında 3-cü yeri tutanlar B Liqasının 2-ciləri, B Liqasında 3-cü olanlar isə C Liqasının 2-ciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçları oynayacaqlar.

Seçmə mərhələlərdə isə qrupların sayı 12-yə qaldırılacaq. Həmçinin, AVRO-2024-də isə komanda sayı artırılmayacaq. Yeni format AVRO-2024-dən sonra tətbiq oluna bilər.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında C divizionunda çıxış edir. Əvvəllər ancaq qrup qalibləri yuxarı liqaya vəsiqə qazana bilirdi.

0