UEFA "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovu iki oyunluq cəzalandırıb.
Apasport.az xəbər verir ki, buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin III turunun matçında qırmızı vərəqə alması səbəb olub.
Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.
O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.
Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıblar.
Qeyd edək ki, "Qarabağ" IV turda, noyabrın 7-də Norveçdə "Budyo Qlimt"in qonağı olacaq.
- Azərbaycan klubu doğma şəhərinə qayıdır - EKSKLÜZİV
- "Araz-Naxçıvan"ın futbolçusu: “Ümid edirəm, Neftçi bu dəfə də ədalətsizlik etməz”
- AFFA Premyer Liqa hakimləri üçün seminar keçirib
- Elhad Nəziri: “Futbolçular bu hesaba görə mənə cavab verəcəklər”
- “Cəbrayıl”da nə baş verir? - Klubun 90 faizinin maaşları kəsilib