Misli Premyer Liqasının XIII turunun "Araz-Naxçıvan" - "Sumqayıt" matçından (1:0) sonra qonaqların baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.
"Yaxşı oyun oldu. Baxmayaraq ki, az qol vuruldu. Amma bu oyunda çoxlu qol imkanlarımız oldu. Qalib də gələ bilərdik. Əfsuslar olsun ki, uduzduq. Oyuna görə komandama təşəkkürümü bildirirəm. Məncə, ən yaxşı oyunlarımızdan birini oynadıq. Nəticə yaxşı olmasa da, belə oyunla, belə mübarizə ilə qarşıdakı matçlarda yaxşı nəticələr əldə edəcəyik. "Araz-Naxçıvan"ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı komandadır. Onlara növbəti matçlarda da uğurlar arzulayıram".
- İstədiyiniz nəticəni əldə etmək üçün nə çatmadı?
- Qol imkanlarını icra etmək çatmadı. Elə oyunlar olur. Bəlkə də son dövrdə ən çox qol epizodlarına girdiyimiz oyun idi. Komandanın ifasında ən çox nədən xoşum gəldi? İstəkli idilər, irəlidə qorxmurdular. Çoxlu qol imkanlarımız oldu. Vura bilə bilmədik. Rəqib bir səhvimizə görə qol vurdu. Nəticədə uduzduq.
- Oyun planında komandadan nə dərəcədə narazı qaldınız?
- Narazı qalmadım. Bircə ondan narazı qaldım ki, qol epizodlarından istifadə edə bilmədik. Komandanın oyunundan, əzmkarlığından heç bir narazılığım yoxdur.