Vladimir Voskoboynikov: “Azərbaycanın qələbəsi sürpriz olmayacaq” - MÜSAHİBƏ
13.10.2023 - 15:41
Vladimir Voskoboynikov: “Azərbaycanın qələbəsi sürpriz olmayacaq” - MÜSAHİBƏ

“Neftçi”nin və Estoniya millisinin sabiq futbolçusu Vladimir Voskoboynikovun apasport.az saytına müsahibəsi

- Estoniya bu gün Azərbaycanla qarşılaşacaq. Matçla bağlı düşüncələriniz necədir, sizcə hansı tərəf daha şanslıdır?
- Məncə, bu oyunda Estoniya millisinin daha çox şansı var. Çünki onlar evdə oynayırlar. Sizə deyim ki, Estoniya evdə yaxşı nəticələr göstərir. Təbii ki, bura İsveçlə oyunu daxil etmirəm. Həmin matçda millidə heç nə alınmadı. Amma istənilən halda, Azərbaycanla görüşdə Estoniyanın qalib gəlmək şansı daha çoxdur. 

- Estoniya Bakıdan 1:1 hesablı heç-heçəyə nail ola bilib. Bəs, Azərbaycanın Tallində qalib gəlməsi sizin üçün sürpriz olacaq?
- Azərbaycan millisi bu gün Tallində qalib gələrsə, mənim üçün sürpriz olmayacaq. Çünki güc və səviyyə baxımından, Estoniyadan bəlkə də hətta üstündür. Amma Estoniya evdə oynadığından Azərbaycandan daha şanslıdır. Azərbaycanın qələbəsi mənim üçün sürpriz olmayacaq.

- Estoniya və Azərbaycan millilərinin hərəyə bir xalı var. Amma sizin milli 16 top buraxdığı üçün sonuncu pillədədir. Ümumiyyətlə, yığmanızın bu tsikldəki çıxışını necə dəyərlənidirirsiniz?
- Bu tsikdlə təəssüf ki, yığmamız heç də yaxşı nəticələr göstərmir. Matçlarda istənilən kimi oynamaq alınmır. Nəyə görə 16 qol buraxdığımızın səbəbi haqda danışmaq çətindir. Hələ ki, nəticə yaxşı deyil.

- Azərbaycanla qarşılaşma Estoniya və baş məşqçiniz Tomas Heberli üçün geridönüş görüşüdür?
- Xeyr, bu matç Heberli üçün geridönüş görüşü deyil. Amma peşəkar futbolda belədir ki, uğursuz matçdan sonra bərpa olunub, qalib gəlmək üçün növbəti oyunu gözləyirsən. İnanıram ki, Estoniya millisinin üzvləri bu istəklə oyuna çıxacaqlar.

- Erik Sorqa “Sumqayıt”da oynadığından azərbaycanlı futbolçuları tanıyır, Sergey Zenyov da vaxtı ilə Azərbaycanda çıxış edib. Bu faktlar millinizə bu gün kömək ola bilər?
- Xeyr, məncə, bu faktların Estoniya millisinə heç bir köməyi dəyməyəcək. Bu, diqqət yetiriləsi məsələlər deyil. Daha çox diqqəti konsentrasiyaya, hazırlığa və qələbəyə kökləmək lazımdır. Əgər, hansı komanda bu məqsədlə meydana çıxarsa, qalib gələcək.

- Matçla bağlı proqnozunuz necədir?
- Proqnoz vermək çətindir. Amma məncə, bu gün Estoniya Azərbaycana 2:1 hesabı ilə qalib gələcək.
 

0