“Qələbə bizim üçün çox vacib idi”.
Apasport.az xəbər verir ki, bunu Avropa Liqasının “Bayer” - “Qarabağ” oyunundan sonra ev sahibi komandanın baş məşqçisi Xabi Alonso deyib.
O, matçla bağlı fikirlərini bölüşüb. 42 yaşlı ispaniyalı mütəxəssis oynadıqları oyundan razı qalıb: “Komandam bu gün istədiyinə nail oldu. 3 xal qazandığımız üçün xoşbəxtəm. Bakıda keçiriləcək qarşılaşmada qalib gələrək, qrupdan çıxmağı təmin etmək istəyirik. Lakin bilirik ki, Azərbaycan səfəri bizim üçün çətin olacaq”.
Qeyd edək ki, “Bayer” – “Qarabağ” qarşılaşması almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"