“Xankəndi” minifutbol komandasının yaradılmasına qərar verilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidməti açıqlayıb.
Federasiyanın prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb. Tədbirdə Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev , Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov yığma komandamızın sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib. Minifutbolun ölkəmizdəki inkişafından və kütləviliyindən danışan Orxan Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib.
Yekunda millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"