Məşhur “Forbes” jurnalı 2016-cı ildə dünyanın ən çox qazanan 100 idmançısının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya futbolçular başçılıq edirlər.
Sıralama idmançıların maaşı, mükafatı və reklam gəlirlərinə əsasən müəyyənləşdirilib. İlk sırada ötən ilin ən yaxşı futbolçusu seçilmiş Kriştianu Ronaldo qərarlaşır. “Real”ın portuqaliyalı futbolçusu geridə qalan ildə 56 milyon avro klubdan, 32 milyon isə reklamdan qazanıb. Onun ən yaxın izləyicisi olan “Barselona”nın hücumçusu Lionel Messidə bu rəqəm – 81,5 (53,5+28) milyon avrodu. İlk “üçlüy”ü basketbolçu Lebron Ceyms qapayır.
İlk “100-lük”də qərarlaşan digər futbolçular Neymar (21-ci yer. “Barselona” – 37,5 milyon avro), Zlatan İbrahimoviç (23. PSJ/“Barselona” – 37,4 milyon), Qaret Beyl (25. “Real” – 35,9 milyon), Serxio Aquero (60. “Mançester Siti” – 24,3 milyon), Bastian Şvaynştayger (80. “Mançester Yunayted” – 22,4 milyon), Hames Rodriges (83-84. “Real” – 22,1 milyon), Anxel Di Mariya (83-84. PSJ – 22,1 milyon) və Eden Azardı (85. “Çelsi” – 22 milyon).
2016-cı ildə ən çox qazanan 10 futbolçu
1. Kriştianu Ronaldo (futbol) – 88 milyon avro
2. Lionel Messi (futbol) – 81,5 milyon
3. Lebron Ceyms (basketbol) – 77 milyon
4. Rojer Federer (tennis) – 68 milyon
5-6. Novak Cokoviç (tennis) – 56 milyon
5-6. Kevin Dyurant (basketbol) – 56 milyon
7-9. Fil Mikelson (qolf) – 53 milyon
7-9. Sem Nyuton (Amerika futbolu) – 53 milyon
7-9. Cordan Spit (qolf) – 53 milyon
10. Kobe Brayant (basketbol) – 50 milyon
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib