Azərbaycanda keçiriləcək I Avropa Olimpiya oyunlarında ölkəmizin hansı idman növlərində təmsil olunacağı gələn ayın ortalarında təsdiqlənəcək. Apasport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın I Avropa Olimpiya oyunlarında əksər növlərdə təmsil olunacağı gözlənilir: “Bu növlərdən ikisi qeyri-olimpiya, digərləri olimpiya idman növləridir. Hazırda I Avropa Olimpiya Oyunları ilə bağlı İşçi Qrupu formalaşır, xaricdən mütəxəssislər dəvət olunur. Burada sahələr çox müxtəlifdir, elə sahə var ki, böyük təcrübə lazımdır. Afina, London, Soçi olimpiya oyunlarının təşkilində iştirak edən mütəxəssislər Azərbaycana dəvət olunub və onlardan ibarət komanda bu yaxınlarda Bakıya gələrək işlərə başlayacaqlar”.
A.Rəhimov bildirib ki, bu beynəlxalq tədbir ilə bağlı Bakıda Su Hovuzu Kompleksinin, Olimpiya futbol stadionunun və Gimnastika Kompleksinin tikintisi tezliklə başa çatdırılacaq: “Azərbaycanda I Avropa Olimpiya oyunları üçün nəzərdə tutulan bütün obyektlər yüksək səviyyədə hazırlanıb istifadəyə veriləcək”.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib