Qazaxıstanın Astana şəhərində qadın boksçular arasında dünya çempionatında 1/8 final mərhələsinin görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Yana Alekseyevna ikinci görüşündən də qələbə ilə ayrılıb.
Belə ki, 60 kq çəki dərəcəsində rinqə çıxan Rio-2016-nın iştirakçısı Mavzuna Çoriyevanın (Tacikistan) ardınca Aleksis Priçardı (Yeni Zelandiya) da məğlub edib – 2:0. O, 1/4 finalda fransalı Estel Mosseli ilə döyüşəcək. Görüş bu gün olacaq.
Ondan fərqli, birinci qarşılaşmasını qələbə ilə başa vuran Anna Əlimərdanova (51 kq) məğlubiyyətə üzülüb. O, Nikola Adams (Böyük Britaniya) səddini keçə bilməyib – 0:3.
Yığmamızın ən ağır çəkili boksçusu Aynur Rzayeva (+81 kq) da mundialla vaxtından əvvəl vidalaşıb. O, ilk görüşündəcə Seema Punyaya (Hindistan) 0:3 hesabı ilə uduzub.
Bu gün Alekseyevnadan başqa daha 2 boksçumuz 1/4 final qarşılaşmasına çıxacaq. Məhsəti Həmzəyeva (57 kq) Denitsa Eliseyeva (Bolqarıstan), Məryəm Cəbrayılova (69 kq) Hunq Qu (Çin) ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimizin üzvlərindən Əlimərdanova və Rzayevaya kimi Əzizə Abbasova (48 kq), Ayzanat Hacıyeva (64 kq), Yelena Vıstropova (75 kq) və Alina Hacıyeva (81 kq) da yarışla vidalaşmışdı.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir