Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Olimpiya çəkiləri üzrə açıqlanan “Top-10” Azərbaycan üçün uğurlu saymaq olar.
Mart üçün tərtib olunan siyahıda yığmamızın 3 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. Aktivində 492.2 xalı olan idmançımız ən yaxın izləyicisi Dmitri Şokini (Özbəkistan) 131,48 xal qabaqlayır.
Olimpiadanın bürünc medalçısı Milad Beiqi Harçeqani (80 kq) də mövqeyini qoruyub. İkinci yerdə olan təmsilçimiz 345,33 xala malikdi.
68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadənin də yeri dəyişməz qalıb. Avropa Oyunlarının qalibi 187,47 reytinq xalı ilə 8-cidi.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”