Martın 23-də Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Polad kuboku” keçiriləcək. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 gün davam edəcək turnirin ilk günü E və M*, ertəsi isə S* kateqoriyaları üzrə yarışlar baş tutacaq.
E kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 sm olan “Polad kuboku”nda 20 yaşadək yeniyetmə idmançıların iştirakına icazə verilir. Günün ikinci yarışı olan M* kateqoriyası isə hər yaş qrupundan olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 125 sm nəzərdə tutulub.
Turnirin ümumi mükafat fondu 5000 manat təşkil edir.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar