“Keçən il mövsümün ilk xalını məhz Azərbaycan Qran-prisində qazandıq. Bu həftəsonu da eyni nəticəni təkrarlayacağımızı gözləyirik”. Apasport.az saytının məlumatına görə, bunu “MakLaren” komandasının pilotu Fernando Alonso deyib.
O, sabah Bakıda start götürəcək və 3 gün davam edəcək Azərbaycan Qran-prisi öncəsi açıqlama verib. Alonso bildirib ki, Bakı Şəhər Halqası “Formula-1” təqvimində yeni olmasına baxmayaraq, artıq F1 pilotları arasında öz rəğbətini qazanıb: “Bu, mövsümün ən sürətli şəhər trekidi. Trekin uzunluğu həm bolidləri, həm də pilotları böyük sınağa çəkir. Hər yarış həftəsonundan əvvəl bolidlərimizi diqqətlə yoxlasaq da, Bakıda göstərəcəyimiz performansdan ciddi dəyişiklik gözləmirik. Buna baxmayaraq, bolid haqqında bilik bazamızı artırır və mümkün bütün xalları qazanmaq üçün performansımızı yüksəldəcəyik”.
- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib