Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Avropa Qran-Prisi könüllülərinin iştirakı ilə xeyriyyə aksiyası keçirəcək. BŞH-dən apasport.az saytına verilən məlumata görə, “Ümid halqasında birləşək!” adlı xeyriyyə aksiyası sabah saat 15:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Şuşanın işğalını anmaq məqsədilə keçiriləcək aksiyada könüllülər və əməliyyat şirkəti işçilərinin öz əlləri ilə hazırladıqları şirniyyatlar, suvenirlər və digər əşyalar satışa çıxarılacaq. Xeyriyyə aksiyasında toplanan vəsait “Ümid Yeri” uşaq evinə veriləcək.
Qeyd edək ki, Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-Prisi iyunun 17-19-da baş tutacaq.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub