"Shamkir Chess 2014" turnirinin 6-cı turunda İtaliya təmsilçisi Fabiano Karuana ilə heç-heçə oynayan Hikaru Nakamura mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: "Etiraf edim ki, çıxış yolu görmədim. Oyun heç-heçəyə gedirdi. Debütdə müəyyən problemlər oldu. Bəlkə də ətrafdakılara başqa təsir bağışladı. Amma risk edərək uğur qazanmaq istəyirdim. Sadəcə, rəqib rahat oynamağa imkan vermədi.Karuana yaxşı şahmatçıdır”.
Fabiano Karuana da həmkarının dedikləriylə razılaşıb: "Müəyyən mənada iti oynamağa çalışdım. Kim fikirləşirsə risk etmirəm, onunla razı deyiləm. Hər birimiz qələbə qazanmağa çalışırıq. Hər zaman istədiyimiz alınmır. Heç-heçə oynamağımız risk etməməyimiz demək deyil. Növbəti turlarda qələbə qazanmağa çalışacam".
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"