“Kəpəz” Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Şahin Diniyevin siyahısında 22 futbolçu yer alıb.
Avroliqanın I təsnifat mərhələsində Moldova “Daçiya”sı ilə qarşılaşmalar üçün açıqlanan heyətdə cəmi 2 hücumçu var.
Qapıçılar: 88.Tadas Simaitis, 1. Eyyub Əliyev, 30. Davud Kərimi
Müdafiəçilər: 18. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva Alves, 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 23. Tural Nərimanov
Yarımmüdafiəçilər: 5. Kərim Diniyev, 17. Nicat Qurbanov, 10. Dario Frederiko, 77. Serjio Manuel Kosta Karneyro, 7. Vüqar Bəybalayev, 6. Ceyhun Cavadov, 14. Fərid Məmmədov, 99. Əli Səmədov, 80. Tural Rzayev, 19. Orxan Əliyev
Hücumçular: 90. Julien Ebah, 9. Tural Qürbətov.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək