“Allaha şükür, bütün rəqiblərimi məğlub edib, çempion oldum. Çox sevincliyəm”. Apasport.az saytının məlumatına görə, bunu taekvondoçu Yaprak Eriş deyib.
IV İslam Həmrəyliyi Oyunlarında qadınların 57 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi bütün rəqiblərini məğlub edərək, qızıl medala sahib çıxıb.
Bu uğuru barədə danışan Eriş “finalda öz həmvətəninə qarşı döyüşdüyün zaman hansı hissləri keçirdin" sualına belə cavab verib: “Türkiyəli taekvondoçu ilə döyüşmək daha çətin idi. Onu məğlub etməli idim ki, Azərbaycana gəlməyimin haqqını verim. Hazırda yaşadığım hissləri ifadə etməkdə çətinlik çəkirəm. Türkiyəli olsam da, özümü azərbaycanlı kimi hiss edirəm”.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO