[b]“Qəbələ”nin idmançısından 20-ci qələbə[/b]
01.04.2018 - 20:29
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, təmsilçimiz Qazaxıstanın Almatı şəhərində təşkil olunan “Fight Night Global 86” çərçivəsində keçirdiyi döyüşdən qalib kimi ayrılıb.
Yüngül çəki dərəcəsində çıxış edən Abbasov Qazaxıstan təmsilçisi Adil Boranbayevlə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançımız peşəkar karyerasında 20-ci qələbəsini qazanıb.
Qeyd edək ki, Boranbayevlə döyüş Nərimanın 24-cü sınağı olub.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0