Portuqaliya millisinin yarımmüdafiəçisi Pereyra Danilu AÇ-2016-dakı çıxışları ilə bağlı tənqidləri cavablandırıb. Apasport.az saytının məlumatına görə, “A Bola” nəşrinə açıqlama verən futbolçu yaxşı oynamadıqlarının fərqində olduqlarını deyib.
“Tənqidlər bizim motivasiyamızı daha artırır. Biz bilirik ki, indiki halda oyunumuz o qədər də yaxşı deyil. Ancaq komanda öz işini yaxşı görür, əks halda bu qədər irəliləyə bilməzdik. Məncə, iyrənc oynayıb davam etmək daha yaxşıdı, nəinki çempionatı evdən seyr etmək” – deyə “Porto”nun üzvü bildirib.
Qeyd edək ki, hazırda Avropa çempionatının yarımfinal mərhələsinə qədər yüksəlmiş Portuqaliya millisi qrup mərhələsi də daxil olmaqla heç bir matçın əsas vaxtında qələbə qazanmayıb.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə