[b]AÇ-2016: İngiltərə yığmasının heyəti açıqlandı[/b]
16.05.2016 - 14:47
[b]AÇ-2016: İngiltərə yığmasının heyəti açıqlandı[/b]

Daha bir komandanın Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, İngiltərə millisinə 26 futbolçu dəvət alıb.

 

Baş məşqçi Roy Hocson ən çox “Liverpul” və “Tottenhem”in oyunçularına güvənib. Belə ki, “qırmızılar”ın və paytaxt klubunun 5 üzvü ilkin siyahıya salınıb. “Mançester Yunayted”in gənc hücumçusu Markus Reşford da dəvətlilər arasındadı.

 

Hocson mayın son günündə siyahını 23 oyunçuya endirəcək.

 

Qapıçılar: Forster Freyzer ("Sauthempton”), Co Hart ("Mançester Siti"), Tom Hiton ("Bernli")

Müdafiəçilər: Rayan Bertran ("Sauthempton"), Qari Keyhill ("Çelsi"), Natanyel Klayn ("Liverpul"), Denni Rouz, Kayl Uolker (hər ikisi "Tottenhem"), Kris Smollinq ("Mançester Yunayted"), Con Stounz ("Everton")

Yarımmüdafiəçilər: Dele Alli, Erik Dayer (hər ikisi “Tottenhem”), Ross Barkli ("Everton"), Fabian Delf, Rahim Sterlinq (hər ikisi "Mançester Siti"), Daniel Drinkuoter ("Lester"), Cordan Henderson, Adam Lallana, Ceyms Milner (hamısı “Liverpul”), Endryu Tounsend ("Nyukasl"), Cek Uilşer ("Arsenal")

Hücumçular: Harri Keyn ("Tottenhem"), Markus Reşford, Ueyn Runi (hər ikisi “Mançester Yunayted”), Daniel Starric ("Liverpul"), Ceymi Vardi ("Lester").

 

Qeyd edək ki, Avropa çempionatı 10 iyun – 10 iyul tarixlərində Fransada keçiriləcək.

0