[b]AÇ-2016: Robbi Kin Avropa çempionatına aparılacaqmı?[/b]
13.05.2016 - 10:23
[b]AÇ-2016: Robbi Kin Avropa çempionatına aparılacaqmı?[/b]

Gələn ay Avropa çempionatına qatılacaq İrlandiya yığmasının ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Martin Onil ilkin heyətə 35 futbolçu dəvət edib.

 

Maraqlıdı ki, 35 oyunçudan 32-si karyerasını İngiltərədə davam etdirir. Onil cəmi 3 legionerə dəvət göndərib ki, onlardan 2-si ABŞ-da, 1-i Şotlandiya çıxış edir. Millinin 36 yaşlı əfsanəvi forvardı Robbi Kin də dəvətlilər arasındadı. Bundan başqa, zədədən əziyyət çəkən Şey Given, Deril Mörfi, Mark Uilson və Ceff Hendrik də özlərini göstərmək imkanı əldə ediblər.

 

Məşqçilər korpusu turnir öncəsi Hollandiya və Belarusla keçiriləcək yoldaşlıq görüşlərində bütün oyunçuları sınaqdan keçirəcək və 23 nəfərlik yekun heyəti ondan sonra müəyyənləşdirəcək.

 

Qapıçılar: Şey Given (“Stok Siti”, İngiltərə), Darren Randolf (“Vest Hem”, İngiltərə), Devid Forde (“Milluoll”, İngiltərə), Kiran Vestvud (“Şeffild Uenzdi”, İngiltərə)

 

Müdafiəçilər: Simus Koulmen (“Everton”, İngiltərə), Kirus Kristi, Riçard Keoq (hər ikisi “Derbi Kaunti”, İngiltərə), Pol MakŞeyn (“Ridinq”, İngiltərə), Siaran Klark (“Aston Villa”, İngiltərə), Con O'Şi (“Sanderlend”, İngiltərə), Aleks Pirs (“Bristol Siti”, İngiltərə), Şeyn Daffi (“Bləkbörn”, İngiltərə), Mark Uilson (“Stok Siti”, İngiltərə), Stefen Uord (“Bernli”, İngiltərə)

 

Yarımmüdafiəçilər: Ayden MakQedi (“Şeffild Uenzdi”, İngiltərə), Ceyms Maklin (“Vest Bromviç”, İngiltərə), Qlenn Uelan, Conatan Uolters (hər ikisi “Stok Siti”, İngiltərə), Ceyms MakKarti, Darron Gibson (hər ikisi “Everton”, İngiltərə), Ceff Hendrik (“Derbi Kaunti”, İngiltərə), Devid Meyler (“Hall Siti”, İngiltərə), Stefen Kuinn (“Ridinq”, İngiltərə), Harri Arter, Eunan O'Kin (hər ikisi “Bornmut”, İngiltərə), Ues Holahan, Robbi Bredi (hər ikisi “Norviç”, İngiltərə), Entoni Pilkinqton (“Kardiff Siti”, İngiltərə), Conatan Heyz (“Aberdin”, Şotlandiya), Kallum O'Douda (“Oksford Yunayted”, İngiltərə)

 

Hücumçu: Robbi Kin (“Los Anceles Qalaksi”, ABŞ), Şeyn Lonq (“Sauthempton”, İngiltərə), Devid MakQoldrik, Deril Mörfi (hər ikisi “İpsviç”, İngiltərə), Kevin Doyl (“Kolorado Rapids”, ABŞ).

 

Qeyd edək ki, İrlandiya yığması iyunun 11-dən iyulun 11-dək Fransada keçiriləcək Avropa çempionatında İsveç, Belçika və İtaliya ilə eyni qrupda yer alıb.

0