Roberto Martines Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatından sonra da Belçika millisindəki fəaliyyətini davam etdirəcək. Apasport.az-ın Belçika Futbol Federasiyasının saytına istinadən məlumatına görə, ispaniyalı mütəxəssisin müqaviləsi iki il müddətinə uzadılıb. Beləliklə, Martines 2020-ci ilə qədər yığmanın başında olacaq.
2016-cı ildə Mark Vilmotsu əvəz edən Roberto Martinesin rəhbərliyi altında Belçika DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində oynanılan 10 görüşdə 9 qələbə, 1 heç-heçə edərək, mundiala naməğlub kimi yollanmaq haqqı qazanıb.
Qeyd edək ki, Belçika yığması dünya çempionatında İngiltərə, Tunis və Panama milliləri ilə birlikdə G qrupunda mübarizə aparacaq.
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB