Milli Xokkey Liqasının (NHL) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 4 qarşılaşma keçirilib.
Şərq konfransında səfərdə “Filadelfiya”nı 5:1 hesabı ilə məğlub edən “Pittsburq” seriyada önə keçib. Bir digər oyunda isə qalib overtaymda müəyyənləşib. “Kolambus” “Vaşinqton”dan üstün olub.
Qərb konfransında “Las-Veqas” “Los-Anceles” üzərindəki növbəti qələbəsini qazanıb. “Minnesota” isə “Vinnipeq”i məğlub edərək, seriyadakı fərqi azaldıb.
Pley-off, ilk tur
Şərq konfransı
“Filadelfiya Flayerz” – “Pittsburq Pinqvinz” – 1:5
Seriyada hesab: 2-1 (“Pittsburq”)
“Vaşinqton Kepitalz” – “Kolambus Blu Cekets” – 4:5 (overtaym)
Seriyada hesab: 2-0 (“Kolambus”)
Qərb konfransı
“Minnesota Vayld” – “Vinnipeq Cets” – 6:2
Seriyada hesab: 2-1 (“Vinnipeq”)
“Los Anceles Kinqz” – “Las-Veqas Qolden Nayts” – 2:3
Seriyada hesab: 3-0 (“Las-Veqas”)