İngiltərənin Mançester şəhərində məşhur “Old Trafford” stadionunda AİBA komissiyalarının toplantısı keçirilir. Apasport.az saytının məlumatına görə, beynəlxalq federasiyanın 8 komissiyasını (AİBA Pro Boxing, idmançılar və gənclər, məşqçilər, tibb, hakimlər, qadın boksu, WSB, texniki komissiya) təmsil edən 100-dən çox üzvü bir sıra məsələləri müzakirə edir.
Tədbir iştirakçılarını salamlayan AİBA prezidenti Çinq Ko Vu 2016-cı ilin boks ailəsi üçün əlamətdar olduğunu bildirib: “Bu il AİBA-nın yaranmasının 70 illiyi tamam olur. Biz yubiley ilində boksun bütün sahələrində ciddi uğurlar qazanmalıyıq”.
Toplantıda WSB liqası, AİBA Pro Boxing turnirləri ilə bağlı bir sıra vacib məsələlərin müzakirə olunması gözlənilir. AİBA Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Rio-2016-da boksçuların baş geyimi ilə iştirak edib-etməyəcəyi ilə bağlı cavab gözləyir. Bundan başqa, boksçuların böyüklər arasında yarışlarda indiki kimi 19 deyil, 18 yaşdan iştirak etməsi də müzakirə olunur.
Qeyd edək ki, Mançesterdə ölkəmizi “Baku Fires” klubunun baş direktoru, AİBA WSB komissiyasının üzvü Rizvan Gənciyev təmsil edir.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub