Çexiyanın Ostrava şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha bir idmançımız mübarizəyə qoşulub.
Təmsilçimiz Larri Loupolover kişilərin qısa proqramında yarışıb. Lakin, Larrinin çıxışı uğursuz alınıb. 51.30 xal toplayan konkisürənimiz 31-ci yer tutaraq lazım olan ilk 24-lükdən kənarda qalıb.
Belə ki, ilk iyirmi dörd sırada qərarlaşmış idmançılar mübarizəni sərbəst proqramda davam etdirəcəklər.
Qeyd edək ki, daha əvvəl təmsilçimiz Vavara Oqloblina və Mixail Jirnov cütlüyü də qitə birinciliyini erkən tərk etmişdi.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib