İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarına qatılacaq Olimpiya və dünya çempionlarının sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı-2015-də mübarizə aparacaq 6000 atletdən 150-si Olimpiadanın mükafatçısıdı.
Onlar arasında 4 ildən bir keçirilən möhtəşəm yarışın qalibləri üstünlük təşkil edir. Belə ki, 150 Olimpiya mükafatçısından 59-u çempionlardı.
Bununla yanaşı, paytaxtımıza kifayət qədər dünya çempionatlarının mükafatçısı gələcək ki, onlardan da təxminən 200-ü mundialın baş mükafatının sahibləridi.
Qeyd edək ki, Avropa Oyunları 20 idman növü üzrə keçiriləcək və bunlardan 12-si Rio-2016-ya lisenziya və ya lisenziya xalı verəcək.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı