[b]Avropa Oyunlarının loqosu təqdim olundu[/b]
08.07.2017 - 13:11
II Avropa Oyunlarının loqosu təqdim olunub. Apasport.az saytının məlumatına görə, təqdimat mərasimi 2019-cu ildə keçiriləcək yarışa ev sahibliyi edəcək Minskdə təşkil olunub.
Rəmz “Arzunun dalınca get” devizi əsasında tərtib olunub.
Ayıdöşəyi bitkisinin əks olunduğu loqo milli əfsanə əsasında seçilib. Bu əfsanədə bitkinin gülünü yay gecəsində tapan adamın bütün arzularına çatacağı iddia olunur. Həmin məntiqlə 2019-cu ilin yayında idmançılar Minskə arzuların ardınca yollanacaq.
Qeyd edək ki, yarışın əsas devizi “Parlaq il, parlaq sən”di.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
0
0