İyunun 11-də Atletlər Kəndində Nəqliyyat Deposunda baş vermiş qəza zamanı ağır yaralanan avstriyalı atletlərdən birinin - Vanessa Sahinoviçin vəziyyəti sabitləşib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Avstriya Olimpiya Komitəsinin prezidenti Karl Sross verib.
Ölkəsinin "nachrichten.at" saytına açıqlama verən Karl Sross deyib ki, Vanessanın həyatı üçün heç bir təhlükə yoxdu: “Növbəti həftənin sonunadək yaralı atletin müalicəsi xəstəxanada davam edəcək. Daha sonra o, müalicəsini evdə davam etdirə bilər. Digər yaralı atlet Verena Breyt də vətəninə yola salınıb. Lakin onun zədəsi o qədər də ciddi deyil".
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar