"Tam mәsuliyyәtlә deyirik ki, Bakıda Rusiya vә Ukrayna vәtәndaşları arasında toqquşma olmayıb". APA-nın mәlumatına görә, bu sözlәri gәnclәr vә idman naziri Azad Rәhimov iki ölkənin idmançıları arasında Bakıda dava baş verməsi barədə məlumatlara münasibәt bildirәrkәn deyib.
Nazir bunun şayiə olduğunu bildirib: "Mәn də bu barədə eşitdim. Әvvәl dedilәr, Atletlәr Kәndindә olub, sonra yemәkxanada baş verdiyi deyildi. Sonra isә küçәdә... Lakin bu mümkün deyil. I Avropa Oyunları böyük dostluğun vә sülhün idman bayramıdı. Ukrayna vә Rusiya tәrәfi dә bәyan etdi ki, belә hal olmayıb. Biz mәsәlәni sona kimi araşdırmışıq".
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar