[b]Azərbaycan atleti qızıl medal qazandı[/b]
12.07.2015 - 16:20
Azərbaycan atleti Hayle İbrahimov XXVIII Yay Universiadasında qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, Koreya Respublikasının Kvancu şəhərində keçirilən yarışlarda təmsilçimiz kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub.
Yarışda 2-ci yeri mərakeşli Züheyr Təlbi (14.02,06), 3-cü yeri isə rusiyalı Rinas Axmadeyev (14.05,88 dəq.) tutub.
Qeyd edək ki, Hayle Universiadaların rekordçusudu. O, 2013-cü ildə keçirilən yarışda məsafəni 13 dəqiqə 35,89 saniyəyə qət etmişdi.
Yarışlara iyulun 14-də yekun vurulacaq.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0