Azərbaycanda gənc idmançı dünyasını dəyişib. Apasport.az saytının musavat.com-a istinadən məlumatına görə, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.
Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev feysbukda yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.
Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.
Musavat.com-un əldə etdiyi məlumata görə, 32 yaşlı idmançı qətlə yetirilib.
Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub