Kikboksinq üzrə dəfələrlə Azərbaycan çempionu Eldəniz Məmmədov həbs olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb onun törətdiyi qətl hadisəsidi.
Belə ki, idmançı Gəncədə 39 yaşlı şəhər sakini Ramin Orucovu qətlə yetirib. Bu cinayətdə şübhəli bilindiyi üçün yaxalanan Məmmədov səmimi şəkildə törətdiyi əməli etiraf edib.
O, Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə Orucovu ağır zərbələrlə öldürüb. Məmmədov bildirib ki, hadisəyə səbəb Orucovun onun atasını söyməsi olub. Buna qəzəblənən 23 yaşlı kikboksçu ona yumruq-təpik zərbələri vurub. Ağır bədən xəsarətləri alan Ramin hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər