Kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin 2 beynəlxalq turnir üçün heyəti açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamızın baş məşqçisi Reza Mehmandost Misirdə və Qətərdə baş tutacaq yarışlarda 11 idmançını yoxlamağa qərar verib.
Belə ki, iranlı mütəxəssis ötən il 3 qızıl və 3 gümüş medal qazandığımız Lüksorda Natiq Abdullayev (54 kq), Mikayıl Əliyev, Maqomedyasin İbraqimov (hər ikisi 58 kq), Məhəmməd Məmmədov, Kamil Abdulrazakov (hər ikisi 63 kq), Ayxan Tağızadə, Fariz Əliyev (hər ikisi 68 kq), Səid Quliyev, Elvin Məmmədov (hər ikisi 74 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənliyə (+87 kq) şans verəcək. Fevralın 27-dən martın 1-dək davam edəcək “Luxor Open” G2 kateqoriyalıdı.
Yığmamız turnir başa çatandan sonra birbaşa Qətərə yollanacaq və martın 6-7-də Dohada ilk dəfə keçiriləcək “Qatar Open”ə qatılacaq.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayevin rəhbərliyi ilə yarışlara qatılacaq millimiz martın 8-də vətənə dönəcək.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı