Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyun üçün müəyyənləşən Top-100-də Azərbaycanın 5 qrossmeysteri yer alıb.
Güclülər arasında ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. 32 yaşlı şahmatçı Azərbaycan tarixində ilk dəfə reytinq xalını 2800-ə çatdırıb. O, bununla Top-5-ə də daxil olub. Həmyerlimizi Maqnus Karlsen (Norveç, 2832), Uesli So (ABŞ, 2812), Vladimir Kramnik (Rusiya, 2808) və Fabiano Karuana (ABŞ, 2805) qabaqlayır.
Yığmamızın digər üzvlərindən Teymur Rəcəbov 28-ci (2724), Arkadi Naydiç 37-ci (2710), Rauf Məmmədov 58-ci (2689) və Eltac Səfərli 97-ci (2656) yerdə qərarlaşıb.
Qadınların cədvəlində ən güclülər arasında Gülnar Məmmədova yer alıb. O, 2368 xalla 94-cüdü. Bu siyahıya isə yenə çinli Yifan Hou (2666) başçılıq edir.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər