Stend atıcılığı üzrə Azərbaycan millisi daha bir yarışdan imtina edib. Apasport.az saytının məlumatına görə, snayperlərimiz aprelin 28-dən mayın 8-dək Kiprdə keçiriləcək Dünya Kubokuna qatılmayacaqlar.
Artıq Beynəlxalq Atıcılıq İdmanı Federasiyası bunu rəsmi saytında da açıqlayıb. Belə ki, yarış üçün 63 ölkə qeydiyyatdan keçsə də, onlar arasında Azərbaycan yoxdu.
Qeyd edək ki, ölkəmiz son aylar heç də beynəlxalq səviyyəli yarışların hamısına qatılmır. Misal kimi, bir gün öncə ağırlıqqaldıranlarımızın Avropa çempionatından imtinasını və ya ötən həftə karateçilərimizin səfərə öz hesabına yollanmasını göstərmək olar.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”